Bu məqalə 2005–2021-ci illərdə Angela Merkelin kanslerliyi dövründə Almaniyanın Rusiyaya qarşı həyata keçirdiyi “Yeni Şərq siyasəti”nin transformasiyasını və onun Avropa təhlükəsizlik arxitekturasına təsirini təhlil edir. Tədqiqatda Almaniyanın enerji asılılığı, iqtisadi maraqlar və normativ prinsiplər arasında apardığı mürəkkəb balans axtarışı araşdırılır. Xüsusilə, 2008 və 2014-cü illərdə baş verən hadisələrdən sonra yaranan etimad böhranı, “Şimal Axını–2” layihəsi və transatlantik münasibətlərin təsiri ilə Almaniya siyasətinin həm daxili, həm də xarici müstəvidə transformasiyası işıqlandırılır. Məqalə göstərir ki, Merkelin siyasəti klassik “dialoq vasitəsilə yaxınlaşma” modelindən, təzyiq və diplomatiyanı birləşdirən “ikili yanaşma”ya doğru transformasiya olunmuşdur. Almaniya həm Rusiyaya qarşı sanksiyaların tətbiqində Avropa İttifaqının vahid mövqeyinin formalaşmasında aparıcı rol oynamış, həm də Rusiya ilə strateji kommunikasiya kanallarını qoruyub saxlamışdır. Nəticə etibarilə, Merkel dövrünün “Yeni Şərq siyasəti” nə tam qarşıdurma, nə də tam yaxınlaşma xətti kimi, dəyişən təhlükəsizlik mühitində çəkindirmə və əməkdaşlıq arasında institusional balansı qorumağa yönəlmiş kompleks strategiya kimi səciyyələndirilir.
Cavid Məmmədli (Mon,) studied this question.