İdman idarəçiliyi idmançıların fiziki hazırlığı ilə yanaşı, onların psixoloji vəziyyətini də əhatə edir, çünki performansları əhəmiyyətli dərəcədə psixoloji hazırlıqdan asılıdır. Bu məqalə motivasiya, stressin idarə olunması, özünəinam və psixoloji bərpa kimi idman psixologiyasının prinsiplərini araşdıraraq onların idmançıların performansını optimallaşdırmadakı rolunu vurğulayır. İdman idarəçilərinin psixoloji dayanıqlığı artırmaq üçün fərdi dəstək proqramları təqdim etməkdəki əhəmiyyəti də qeyd olunur. Tədqiqatlar göstərir ki, idman idarəçiliyində psixoloji yanaşmaların inteqrasiyası daha yüksək nəticələr əldə etməyə kömək edir.
R.R. Huseynov (Sat,) studied this question.