Qloballaşan idman sistemində federasiyaların maliyyələşmə mexanizmləri onların fəaliyyətinin səmərəliliyi və uzunmüddətli inkişafı üçün həlledici rol oynayır. Dünyanın əksər ölkələrində idman federasiyaları əsasən iki kateqoriyada fəaliyyət göstərir: Olimpiya idman növləri üzrə federasiyalar və qeyri - olimpiya növləri üzrə federasiyalar. Olimpiya növlərinə aid federasiyalar adətən dövlət strukturları, milli idman nazirlikləri və müxtəlif sponsor təşkilatları tərəfindən daha stabil maliyyə dəstəyi alır. Bunun əksinə olaraq, qeyri-olimpiya növləri üzrə federasiyalar daha məhdud resurslara malikdir və onların maliyyə dayanıqlığı çox vaxt qeyri-kafi olur. Bu fərq isə idmançıların inkişaf imkanlarına, təşkilati infrastrukturun gücləndirilməsinə və ümumilikdə idman sisteminin bərabər şəkildə inkişafına mənfi təsir göstərir. Bu araşdırmada beynəlxalq təcrübələr, startap layihələri, qrant mexanizmləri və kreativ sənaye yanaşmaları əsasında qeyri-olimpiya federasiyalarının maliyyə sabitliyini gücləndirmək üçün alternativ mexanizmlər təklif olunur.
A.R. Süleymanov (Thu,) studied this question.