Bu məqalə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin təlim prosesində stressə davamlılıq və liderlik bacarıqlarının inkişafı məsələlərini nəzəri və praktik aspektlərdə təhlil edir. Tədqiqatın aktuallığı ondan ibarətdir ki, müasir dövrdə gənclərin yalnız fiziki və hərbi hazırlığı deyil, eyni zamanda psixoloji dayanıqlığı, emosional idarəetmə qabiliyyəti və sosial məsuliyyət hissi də milli təhlükəsizlik və vətənpərvərlik tərbiyəsinin ayrılmaz hissəsinə çevrilmişdir. Təhsil sisteminin əsas məqsədlərindən biri sosial-emosional bacarıqlara malik, qərarvermə qabiliyyəti yüksək, komanda şəraitində effektiv fəaliyyət göstərə bilən və stress situasiyalarında davranış sabitliyini qoruyan vətəndaş yetişdirməkdir. Məqalədə göstərilir ki, “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin məzmunu sadəcə silah, taktika və hərbi intizam biliklərinin öyrədilməsi ilə məhdudlaşmamalı, eyni zamanda gənclərin psixoloji davamlılığını, liderlik bacarığını və müstəqil qərarvermə qabiliyyətini formalaşdıran kompleks sosial-emosional tədris platformasına çevrilməlidir. Araşdırmada fənnin məzmun standartlarının stress menecmenti və liderlik modelləri ilə inteqrasiyası, müəllimlərin pedaqoji-psixoloji hazırlıq səviyyəsi, interaktiv, layihə əsaslı və situasiya təlim üsullarının tətbiqi təhlil olunur. Müəyyən edilir ki, dərslərdə simulyasiya və oyun əsaslı fəaliyyətlər, fövqəladə halların modelləşdirilməsi, komanda rəhbərliyi və özünüqiymətləndirmə tapşırıqları vasitəsilə şagirdlərdə həm emosional sabitlik, həm də qərarvermə vərdişləri möhkəmlənir. Nəticə olaraq vurğulanır ki, çağırışaqədərki hazırlıq fənni müasir pedaqoji sistemdə yalnız hərbi yönümlü deyil, həm də sosial-emosional, psixoloji və liderlik yönümlü bir fənn kimi yenidən konseptuallaşdırılmalıdır. Belə bir yanaşma gələcəkdə gənclərin milli-mənəvi dəyərlərə sadiq, psixoloji cəhətdən dayanıqlı və hərbi xidmətdə, eləcə də mülki həyatda lider mövqelər tutmağa hazır fərdlər kimi formalaşmasına zəmin yaradar.
M.Ş. Şirinov (Thu,) studied this question.