Perinatal infeksiyalı yenidoğulanların qan zərdabında neyrospesifik enolazanın (NSE) səviyyəsinin müqayisəli analizi nəticəsində müəyyən olunmuşdur ki, NSE-nin səviyyəsi törədicinin növündən hestasiya yaşından asılı olaraq, statistik əhəmiyyətli dəyişikliklər nümayiş etdirir. NSE göstəriciləri ilə iltihabönü sitokinlərin (İL-1β, İL-6, İL-18, ŞNF-α) miqdarı arasında aşkarlanmış düzünə korrelyasiya və iltihabəleyhinə olan İL-10 sitokinin miqdarı arasındakı əks asılılıq sinir və immun sistemləri arasında qarşılıqlı əlaqə və təsirləri əks etdirir. NSE-nin, sitokinlərin, xüsusən də İL-1β və İL-6-nın səviyyəsinin artması sinir və immun sistemlərinin qarşılıqlı əlaqə və təsirlərini əks etdirir ki, bu da onlardan nevroloji nəticənin prediktoru kimi istifadə etməyə imkan verir. Beləliklə, klinik, exodoppleroqrafik, neyroimmunoloji tədqiqatları özündə birləşdirən kompleks yanaşma perinatal infeksiyalı yenidoğulanlarda mərkəzi sinir sisteminin zədələnmələrini vaxtında proqnozlaşdırmağa, ağırlığını qiymətləndirməyə və erkən korreksiyanı həyata keçirməyə imkan verir.
N.C. Rəhimova (Thu,) studied this question.