Tədqiqatın məqsədi generalizə olunmuş bətndaxili infeksiyası (BDİ) olan vaxtında və vaxtında əvvəl doğulan uşaqlarda neonatal dövrdə klinik vəziyyətin qiymətləndirilməsi olmuşdur. Tədqiqata bətndaxili infeksiya ilə doğulan 158 uşaq (əsas qrup) cəlb edilmişdir. Klinik məlumatların təhlili göstərir ki, BDİ-nin ağır generalizə olunmuş formaları olan yenidoğulanlar əksər hallarda asfiksiya vəziyyətində doğulurlar və həyatlarının ilk dəqiqələrindən intensiv terapiyanın və reanimasiyanın aparılmasına ehtiyac duyulur, cox hallarda müxtəlif serebral və tənəffüs pozğunluqları meydana çıxır ki, bu da uşağın həyatının ilk dəqiqələrindən və həm də bütün neonatal dövr ərzində respirator dəstək metodlarının tətbiq edilməsinə zərurət yaradır.
N.C Quliyev (Thu,) studied this question.