Boks yarışlarında texniki nümayəndə, texniki nümayəndənin müavini, beynəlxalq texniki nümayəndə, referi və hakimlərin işini qiymətləndirən ekspertlər, tibbi münsiflər heyəti, yarış meneceri, referi və hakimlər yarışın əsas rəsmi şəxsləri qismində iştirak edir. Fəaliyyətdə olan məşqçilər, referilər, hakimlər, komanda rəhbərləri və digər şəxslərin altı aydan yuxarı diskvalifikasiyası olubsa, onlar texniki nümayəndə təyin edilə bilməzlər. Bu hal yarışların təşkilində və keçirilməsində müsbət hal kimi qeyd oluna bilər. Texniki nümayəndə referi və hakimlərin fəaliyyətini və hesabı izləməli, qaydaları pozanların fəaliyyətini artıq yarışdan sonra deyil, dərhal dayandırmalıdır və yarışın qalan günlərindən həmin şəxslər məhrum edilməlidirlər. Rəsmi şəxslərin fəaliyyətində edilmiş bu və bu kimi müvafiq dəyişikliklər boks idman növündə obyektivliyin yüksəldilməsinə yönəldilmişdir.
Q.Ş. Əbiyev (Fri,) studied this question.