Tədqiqatın məqsədi. Tədqiqatda Rosaceae fəsiləsinə aid olan və Azərbaycan florasının müxtəlifliyində özünəməxsus yer tutan Pyracantha coccinea M. Roem (qırmızı pirakanta) növünün toplanmış meyvə və yarpaqlarının antimikrob və farmakoloji xüsusiyyətləri araşdırılmış, həmçinin bitki materiallarından hazırlanmış 70% spirt ekstraktlarının aktivliyini öyrənmək üçün aparılan tədqiqat işləri barədə məlumat verilmişdir. Material və metodlar. Tədqiqatlar zamanı istifadə olnan Pyracantha coccinea bitkisi Abşeron və Quba-Xaçmaz bölgələrindən sentyabr-oktyabr ayla¬rın¬¬da toplanmışdır. Nəticələr. Tədqiqat Pyracantha coccinea meyvələrinin güclü antioksidan, iltihabəleyhinə, hipoqlikemik və hepatoprotektiv xüsusiyyətlərini nümayiş etdirdi. Bitkidən edilən ekstraktların antimikrob xüsusiyyətləri müxtəlif test külturlarına qarşı əldə disk diffuziyası və seriyalı durulaşdırma metodları ilə öyrənilmişdir. Yekun. Nəticələr bu bitkinin antimikrob maddələrin təbii mənbəyi kimi istifadə potensialını göstərmişdir.
Sona Heydarlı (Thu,) studied this question.