İdmanın incəsənətlə inteqrasiyası ideyası yeni deyil, o, ilk dəfə qədim Yunanıstanda yaranmışdır. Bildiyiniz kimi, İstmiy, Panafiney, Pifiy, Nemey oyunlarında təkcə idmançılar deyil, həm də müğənnilər, musiqiçilər, natiqlər arasında yarışlar keçirilirdi. Sonrakı illərdə bir çox elm adamları və ictimai xadimlər tərəfindən idmanla incəsənətin vəhdətinin möhkəmləndirilməsi ideyası səsləndirilib və dəstəklənmişdir. Hətta, müasir olimpiya hərəkatının banisi Kuberten bu ideyanın dərin tərəfdarı olmuşdur. O, öz əsərlərində idmanla incəsənətin bir-birini tamamlamaq və əlaqəni gücləndirmək zərurətini dəfələrlə qeyd etmişdir. Son onilliklərdə idmanın incəsənətlə vəhdətinin möhkəmləndirilməsi istiqamətində çoxsaylı və əməlli addımlar atılmışdır. Bu məqalənin məqsədi “Spartian oyunlarının” uzun illər təşkili və keçirilməsinin təcrübəsinə əsaslanaraq, onların məzmununu, xüsusiyyətlərini, habelə sosial-mədəni və pedaqoji əhəmiyyətini xarakterizə etməkdir.
V.R. Əkbərov (Fri,) studied this question.