Futbol xüsusi idman oyunudur. Komandanın çıxışı daha çox futbol qapıçılarının oyun səviyyəsindən asılıdır. Bunu keçmiş məşhur görkəmli qapıçılarının oynadığı zaman qazandığı parlaq qələbələr də təsdiqləyir. Qapıçının komandanın oyununa verdiyi böyük əhəmiyyət və töhfə onun hazırlığının metodologiyasına artan tələblər qoyur. Bu məqalədə yeniyetmə qapıçıların hazırlanması prosesinin müasir tələblər səviyyəsində həyata keçirilməsi məsələri araşdırılıb.Test tapşırıqları vasitəsilə qapıçıların hazırlığında monitorinq və gələcək fəaliyyətin proqnozlaşdırılması planı işlənib hazırlanmışdır. Qapıçıların oyununun texnika və taktika elementlərinin sınaqdan keçirilməsi üçün qiymətləndirmə meyarları və üsulları işlənib hazırlanmışdır. Bu tədqiqatda həyata keçirilən yeni metodika gənc qapıçıların hazırlığında əyani vasitə kimi istifadə edilə bilər.
İ.S. Əliyev (Mon,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: