Zakatalı rayonunda yaşayan 2-ci tip şəkərli diabetli (ŞD2) xəstələrdə mineral və mikroelement mübadiləsinin vəziyyəti araşdırılmışdır. Ümumilikdə 82 ŞD2 xəstəsi (38-I kompensə olunmuş, 44-ü isə dekompensə olunmuş forma) və 30 sağlam şəxs müayinə edilmişdir. ŞD2-nin kompensasiyası zamanı qlükoza səviyyəsi nəzarət göstəricisini 55 % üstələmiş, insulin isə 2 dəfədən çox artmışdır. Dekompenasiyaya keçid zamanı qlükoza təxminən 3 dəfə artmış, insulin isə nəzarət qrupu ilə müqayisədə 8 % azalmış və kompensə olunmuş forma ilə müqayisədə 2 dəfə aşağı olmuşdur. HbA1c nəzarət göstəriciləri ilə müqayisədə 2 dəfədən çox yüksəlmişdir. Maqneziumun 39–51 %, kalsiumun 10–24 %, fosforun 25–27 % azalması; natriumun 8–15 % azalması və kaliumun 8–38 % artması mineral və elektrolit mübadiləsinin pozulmasını göstərir. Sinkin konsentrasiyası 99,32 ± 2,81-dən 65,73 ± 3,37 μg/dL-ə qədər azalmış, mis və seruloplazmin isə müvafiq olaraq 144,2 ± 1,64 μg/dL və 55,0μg/dL-ə qədər yüksəlmişdir. Bu dəyişikliklər antioksidant sistemdə disbalansın yaranmasına və oksidativ stressin güclənməsinə dəlalət edir. Yod və selen defisitinin qeydə alındığı Zakatalı bölgəsinin sakinlərində bu dəyişikliklər daha kəskin şəkildə özünü göstərir. ŞD2 zamanı mineral statusun monitorinqi və düzgün korreksiyası xəstəliyin proqressiyasının qarşısının alınması üçün mühüm kliniki əhəmiyyət kəsb edir.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
A.R Dadaşova
Azerbaijan Medical University
Azerbaijan Medical University
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
A.R Dadaşova (Thu,) studied this question.
synapsesocial.com/papers/6a080a5aa487c87a6a40c4cb — DOI: https://doi.org/10.28942/atuj.v6i2y2026.149