Yenidoğulmuşların hipoksik-işemik ensefalopatiyası perinatal xəstələnmənin və mənfi nevroloji nəticələrin əsas səbəblərindən biri olaraq qalır. Bu vəziyyətin inkişafı əsasən fəsadlaşmış hamiləlik və dölün bətn daxili vəziyyətinin pozulması ilə əlaqədardır. Tədqiqatın məqsədi: Hipoksik-işemik ensefalopatiya ilə yeni doğulmuş körpələr dünyaya gətirən qadınlarda prenatal ağırlaşmaların strukturunu və tezliyini öyrənmək. Material və metodlar: Yenidoğulmuşlarına hipoksik-işemik ensefalopatiya diaqnozu qoyulmuş 46 qadında hamiləlik gedişatının klinik və statistik tədqiqatı aparılmışdır. Prenatal dövrün somatik, mamalıq və hestasion ağırlaşmaları tibbi sənədlər əsasında təhlil edilmişdir. Təsviri statistika metodu istifadə edilmişdir. Nəticələr: Qadınların 91,3%-də hamiləliyin müxtəlif ağıralşmalarla keçdiyi aşkar edilmişdir. Ən çox rast gəlinən risk faktorları anemiya (35,7%), hestasion hipertenziya (14,3%), preeklampsiya (7,1%) və fəsadlaşmış mamalıq anamnezi (11,9%) olmuşdur. Bu ağırlaşmalar döldə xroniki intrauterin hipoksiyanın inkişafına səbəb olmuş və hipoksik-işemik ensefalopatiya riskini artırmışdır. Nəticə Tədqiqatın nəticələri yenidoğulmuşlarda hipoksik-işemik ensefalopatiyanın inkişafında fəsadlaşmış prenatal dövrün aparıcı rolunu təsdiqləyir və hamiləlik müddətində risk faktorlarının erkən diaqnostikası və korreksiyasına ehtiyac olduğunu vurğulayır.
A.G. Bağırova (Thu,) studied this question.