Xroniki qaraciyər xəstəliklərinin kəskin pisləşməsi sistemli iltihab və mənfi nəticələrin yüksək riski ilə müşayiət oluna bilər. Qaraciyər fibrozu əsas risk faktoru olaraq qalır, lakin hazırda FDA tərəfindən birbaşa fibrozu geri qaytaran təsdiqlənmiş preparatlar yoxdur. Bu kontekstdə mezenxim mənşəli ekzosomlar/hüceyrəxarici vezikullar (HV) perspektivli antifibrotik yanaşma kimi nəzərdən keçirilir. Məqalədə 1973-cü il təvəllüdlü, xroniki hepatit C, qlütenə qeyri-selyakiya dözümsüzlüyü və dəmir çatışmazlığı anemiyası olan qadın pasientin kliniki halı təqdim edilir. İlk müayinədə assit və aktiv qaraciyər iltihabı əlamətləri aşkar edilmişdir. Standart virusəleyhinə terapiya (sofosbuvir/velpatasvir) və paralel olaraq keçirilən venadaxili MSK-ekzosom infuziyaları (5 milyard/ml) fonunda unikal dinamika müşahidə olunmuşdur: qaraciyər sərtliyi göstəricilərinin qısamüddətli artımından sonra onların F0 səviyyəsinə qədər davamlı azalması baş vermişdir. 2026-cı ilin yanvar ayına olan məlumata görə, pasientin heç bir şikayəti olmamış və fibroz diaqnozu ləğv edilmişdir. Bu müşahidə fərziyyə xarakteri daşıyır və ekzosomların effektivliyinin gələcəkdə genişmiqyaslı klinik sınaqlarda yoxlanılmasının zəruriliyini əsaslandırır.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
Z.V. Orucov (Tue,) studied this question.
synapsesocial.com/papers/69d894526c1944d70ce053e5 — DOI: https://doi.org/10.28942/atuj.v6i1y20026.133
Z.V. Orucov
Azerbaijan Medical University
Azerbaijan Medical University
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: