Prospective cardiac monitoring and early treatment during anthracycline chemotherapy in breast cancer patients significantly reduced mean NT-proBNP levels at 1 year to 501.0 pg/ml compared to 1126.4 pg/ml in unmonitored controls.
Cohort (n=120)
Absolute Event Rate: 501% vs 1126.4%
p-value: p=<0.001
Xərçəng əleyhinə müalicənin ürək-damar sistemi ağırlaşmaları xərçəng müalicəsinə bağlı kardiovaskulyar toksiklik (XMBKT) adlanır. Miokard disfunksiyası və ürək çatışmazlığı, xərçəng əleyhinə aparılmış müalicələrin xəstəlik və ölümə səbəb olan əsas ağırlaşmasıdır 13. Bu səbəbdən də, xərçəng əleyhinə aparılan müalicə dayandırılmadan kardiotoksikliyin qarşısının alınması və ya idarə edilməsi üçün, xərçəng xəstələrinin müalicəsində rol oynayan mütəxəsislərin işbirliyi mühüm əhəmiyyət kəsb edir 15. Bu patologiyadan əziyyət çəkən xəstələrdə ürək-damar sistemi xəstəliklərinin uzunmüddətli proqnozunun öngörülməsi çox çətindir. Çünki, xərçəng xəstələri tipik olaraq kombinə edilmiş xərçəng əleyhinə kimyəvi terapiya, bəzəndə şüa terapiyası qəbul edirlər. Bu da müxtəlif müalicə formaları arasındakı qarşılıqlı təsirə bağlı olaraq, kardiotoksikliyin daha da artmasına səbəb olur 10. Ürək-damar sistemi risk faktorlarına sahib olan yaşlı qadın xəstələrdə, xərçəng əleyhinə aparılmış kimyəvi dərman müalicəsi nəticəsində erkən ürək çatışmazlığının əmələ gəlməsi riski yüksəkdir 12. Xərçəng müalicəsinə bağlı yaranmış ürək çatışmazlığının siniflərə ayrılaraq təsnifatının verilməsi, xəstələrin simptomatik olub-olmamasına və sol mədəciyin atım fraksiyası göstəricisinə əsasən aparılmışdır. Simptomatik olan xəstələr də 4 dərəcəli olmaqla təsnif olunmuşdur: Çox ağır - inotrop dəstək və yaxud da mexanik sirkulyasiya dəstəyinə ehtiyacın olması, ürək nəqlinin planlaşdırılması; Ağır - ÜÇ səbəbli hospitalizasiyaların olunması; Orta - ambulator təqib edilən və diuretikə olan ehtiyacında artımlar izlənən xəstələr; Yüngül - yüngül ÜÇ simptomları olan, lakin gərəkli müalicə altında vəziyyəti stabil olan xəstələr. Asimptomatik olan xəstələrdə isə 3 dərəcəli olmaqla təsnifat aparılmışdır: Ağır - yeni yaranan sistolik disfuksiya (SMAF< %40); Orta - yeni yaranan sistolik disfunksiya, SMAF-da ≥%10 azalma ilə %40-49 arasına geriləmə. Yaxud da, yeni yaranan sistolik disfunksiya SMAF%15 azalma ilə. Yaxud da kardiak biomarker yüksəkliyinin olması; Yüngül - SMAF≥ 50% və QLS dəyərində 15% azalma və ya yeni yaranan plazma biomarker yüksəkliyi 2. Antrasiklinlərlə müalicə zamanı yaranan kardiotoksikliklə əlaqəli ən çox qəbul edilən mexanizm oksidativ stress hipotezidir 18. Ümumiyyətlə, bütün xərçəng əleyhinə tətbiq edilən müalicələrdə ürək çatışmazlığı tipik olaraq müalicənin verildiyi günlər içərisində görülür. Bunlardan sisplatin ve ifosfamid kimi bəzi alkilləyici dərman vasitələri nadir hallarda işemiya ilə bağlı olaraq ardıcıl patofizioloji mexanizm ilə ürək çatışmazlığına səbəb ola bilər. Əvvəlcədən aşkarlanmış miokardial disfunksiyası olan xəstələrdə, bu dərmanların bilavasitə toksikliyindən çox, davamlı maye yüklənməsi ilk və ya təkrarlayan ürək çatışmazlığı epizodlarının səbəbidir. Süd vəzisi xərçəngində daha çox istifadə olunan bir dərman olan docetaxel, digər antrasiklinlər, siklofosfamid və ya trastuzumabla kombinasiya halında, ya da sonra verildikdə ürək çatışmazlığı ehtimalını artırır 11. Xəstələrdə risk-fayda dəyərləndirilməsi, şişin xarakteristik xüsusiyyətləri ilə birlikdə, həm xəstələrin fərdi risk faktorlarını, həm də müalicənin potensial təsirini təşkil edəcək şəkildə icra edilməlidir 16. Adyuvant antrasiklinlərlə müalicə edilən xəstələrin müalicədən öncəki başlanğıc kardiak funksiyaları dəyərləndirilməlidir 5. Başlanğıcda ən az bir kardiak biomarker ölçümü – yüksək həssaslıqlı troponin və ya natriumuretik peptid – düşünülə bilir 4. Beləliklə, dünya ədəbiyyatlarında araşdırdığımız bütün tədqiqatların nəticələri göstərir ki, bu qrup preparatlardan istifadə zamanı dövri olaraq kardiak biomarkerlərin ölçülməsi olduqca vacibdir. Bu məqalədə, süd vəzisi xərçənginin müalicəsində geniş istifadə olunan antrasiklin tərkibli kombinə olunmuş sxemlərlə kimyaterapiyaya bağlı yaranmış kardiotoksikliyin ürək çatışmazlığı komponentinin qruplararası müqayisəli xarakteristikasından bəhs edilmişdir. Məqsəd: Təqdim edilmiş tədqiqat işinin məqsədi süd vəzisi xərçəngi olan xəstələrdə tətbiq edilən antrasiklin tərkibli sxemlər ilə kombinə olunmuş kimyaterapiyaya bağlı yaranan qruplararası ürək çatışmazlığının xarakteristikası və diaqnostik aspektlərinin qiymətləndirilməsidir. Material və metodlar: Tədqiqata süd vəzi xərçəngi diaqnozu təsdiqlənmiş antrasiklin tərkibli sxemlər ilə kombinə olunmuş kimyaterapiya aparılan kardioloji nöqteyi nəzərdən praktik sağlam olan, 20-65 yaşlı (hamısı qadın cinsi, ortalama yaş 51,5±0,9 yaş olmaqla) 50 və 70 xəstə daxil edilmişdir. Tədqiqat zamanı bütün xəstələrdə prospektiv olaraq kimyaterapiya kurslarına başlanılmazdan əvvəl və kurslar bitdikdən 1 il sonra aparılmış transtorakal exokardioqrafiya müayinə üsulu və kardiak biomarker-NTPROBNP nəticələri və ürək çatışmazlığının xarakteristikası dəyərləndirilmişdir. Nəticələr: Xəstələrdə kimyaterapiya kurslarına başlanılmazdan əvvəl və kurslar bitdikdən 1 il sonra aparılmış klinik musahidə, transtorakal exokardioqrafiya və NT-PROBNP müayinəsinin nəticələri dəyərləndirildikdə xəstələrin əksəriyyətində sol mədəciyin sistolik və diastolik funksiyalarının pozulması aşkarlanmışdır. Yekun: Ürək çatışmazlığı kombinə olunmuş kimyaterapiyaya bağlı yaranan kardiotoksikliyin bir komponentidir. Transtorasik exokardioqrafiya və NTPROBNP ilə erkən olaraq qorunmuş atım fraksiyalı ürək çatışmazlığı askarlana bilər ki, bununlada erkən önəmli qərarlar alınmasını təmin etmək mümkündür.
Sara Bayramzadə (Sat,) conducted a cohort in Breast cancer (n=120). Prospective cardiac monitoring (echocardiography and NT-proBNP) and early heart failure treatment vs. Retrospective cohort without inter-course cardiac monitoring was evaluated on NT-proBNP level at 1 year post-chemotherapy (pg/ml) (p=<0.001). Prospective cardiac monitoring and early treatment during anthracycline chemotherapy in breast cancer patients significantly reduced mean NT-proBNP levels at 1 year to 501.0 pg/ml compared to 1126.4 pg/ml in unmonitored controls.