Sağlamlığa alternativ yanaşmalar əlilliyi olan insanların sağlamlığının bərpasında mühüm rol oynayır. Son onilliklərdə fiziki fəaliyyətin qeyri-ənənəvi formaları alimlərin böyük diqqətini cəlb etmişdir. “Qeyri- ənənəvi” termini adətən qeyri-adi və yeni deməkdir. Qeyri-ənənəvi müalicə sistemləri yerli ənənələrin bir hissəsi deyil, başqa mədəniyyətlərdən gətirilmişdir. Belə sistemlərə misal olaraq uşu, yoqa, siqun kimi Şərq müalicə üsullarını, eləcə də şeypinq, nəfəs alma təcrübələri, idman aerobikası və başqaları kimi Qərbin qeyri-ənənəvi məşq sistemlərini göstərmək olar. Adaptiv bədən tərbiyəsində qeyri-ənənəvi üsul və texnologiyalardan istifadənin effektivliyi təcrübə ilə dəfələrlə təsdiq edilmişdir.
R. A. Əkbərov (Fri,) studied this question.