Məqalədə nekrotik enterokolitə (NEK) şübhəsi olan vaxtından əvvəl doğulmuş uşaqlarda xəstəliyin əmələ gəlməsində anadangəlmə ürək qüsurlarının risk faktoru kimi rolunun öyrənilməsi haqqında məlumat verilmişdir. Tədqiqata NEK şübhəsi olan hər iki cinsdən 88 uşaq daxil edilmişdir. Kontrol qrup kimi vaxtından əvvəl doğulmuş 30 şərti-sağlam uşaq götürülmüşdür. NEK-ə şübhəsi olan 88 uşaqdan 43-ü qız, 45-i isə oğlan olmuşdur; kontrol qrupda isə uşaqların 15-i qız, 15-i isə oğlan olmuşdur. Nekrotik enterokolitin inkişafı ilə açıq arterial axacaq (PDA), trikuspid çatışmazlıq,oval dəliyin açıq qalması kimi ürək qüsurları arasında əlaqə öyrənilmişdir. Tədqiqat göstərmişdir ki, NEK-ə şübhə olan vaxtından əvvəl doğulan uşaqlarda ürək qüsurlarının xəstəliyin əmələ gəlməsində risk faktoru kimi rolu qeyd olunmamışdır. Beləliklə, aparılan tədqiqatın nəticələrinə əsasən demək olar ki, NEK-ə şübhə olan vaxtından əvvəl doğulmuş uşaqlarda ürək qüsurları xəstəliyin diaqnostikasında risk faktoru kimi əhəmiyyət daşımamışdır.
İ.İ Hüseynova (Thu,) studied this question.