Məqalədə sambo güləşi ilə məşğul olan yeniyetmə güləşçilərdə ümumi və xüsusi dözümlüyün və fiziki iş qabiliyyətinin tərbiyə olunmasının vasitə və metodlarının öyrənilməsi ilə bağlı məsələlər əksini tapmışdır. Aparılan anket sorğularından alınan nəticələrin təhlili belə bir yekuna gəlməyə əsas vermişdir ki, güləşçi – samboçularda dözümlüyün inkişafı üçün ən münasib yaş dövrü 12 – 14 hesab olunur. Bu zaman fiziki hazırlığın səviyyəsinin yüksəlməsi üçün daha çox dairəvi məşq metodundan istifadə olunur. Rəyi soruşanların 51,0% - i belə hesab edir ki, məşqlərdə “güləş” basketbolundan (reqbollundan) istifadə güləşçilərdə xüsusi dözümlüyün (sürət – qüvvə) inkişafına xoş təsirə malik olan bir fiziki tərbiyə amili hesab oluna bilər. Məşq prosesində rəyi soruşanların əksəriyyəti aerob imkanların yüksəldilməsi üçün dəyişən – fasiləsiz və təkrar metodlara üstünlük vermişlər. Xüsusi dözümlüyün səmərəli inkişafı üçün 12 – 14 yaşlı güləşçilərə məşq döyüşləri təklif olunur ki, onlar da bir – birindən davametmə müddətinə və tempinə, döyüşlərarası fasilələr görə fərqlənmiş olur. Anketləşmənin gedişində, həmçinin, o da müəyyən olunmuşdur ki, güləşçinin xüsusi dözümlülüyünün özünü daha çox idman mübarizənin yüksək səviyyədə aparılması və istirahət vaxtı iş qabiliyyətinin tez bərpası imkanlarında özünü biruzə verdiyi də məlum olmuşdur. Güləşçilərdə hərəki qabiliyyətlərin təkmilləşdirilməsi prosesində işin daha qənaətli icrasına nail olmaq üçün orta və yaxud, ortadan yuxarı intensivliyə malik uzunmüddətli döyüş metodlarının tətbiqinin daha səmərəli olduğu da məlum olmuşdur.
F.M. Ocaqverdiyev (Thu,) studied this question.