Müasir təhsil sistemi yalnız akademik biliklərlə məhdudlaşmır; onun əsas məqsədi şagirdlərin hərtərəfli inkişafını təmin etməkdir. Fiziki tərbiyə dərsləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir, çünki onlar şagirdlərin bədən sağlamlığını qorumaqla yanaşı, əməkdaşlıq, liderlik, məsuliyyət və empatiya kimi sosial bacarıqların inkişafına imkan yaradır. Komanda oyunları, qrup tapşırıqları və kooperativ məşqlər praktik təcrübə yolu ilə şagirdlərin sosial-emosional öyrənməsini gücləndirir və onları kollektivdə uyğun davranmağa hazırlayır. Müəllimin rolu bu prosesdə həlledicidir. Müəllim mentor, model və refleksiya rəhbəri kimi fəaliyyət göstərərək şagirdləri oyun əsaslı fəaliyyətlərə yönləndirir, qarşılıqlı hörmət və ədalətli rəqabət prinsiplərini izah edir, həmçinin dərs sonrası analiz mərhələlərində şagirdlərin öz davranışlarını qiymətləndirməsinə şərait yaradır. Beynəlxalq təcrübələr göstərir ki, Avropa və Şimali Amerika məktəblərində tətbiq olunan fiziki tərbiyə proqramları sosial bacarıqların davamlı inkişafını təmin edir.
Vasif Ramazanov (Thu,) studied this question.