Anadangəlmə hipotireoz (AH) qalxanabənzər vəzin xəstəlikləri qrupuna daxildir və neonatal dövrdə vəzin funksiyasinin hissəvi və ya tamamilə çatışmazlığı ilə xarakterizə olunur. Diaqnoz üçün qanda tireoid hormonların (TTH,T3,T4) səviyyəsi informativ sayılır. Məqalədə 7 aylıq südəmər körpədə AH klinikası verilir. Anamnez, xarakterik klinik əlamətlər və aparılan bioximyəvi müayinələr əsasında körpəyə AH diagnozu qoyulub. Levotiroksin Na preparatı ilə aparılan əvəzedici terapiya fonunda körpənin ümümi vəziyyəti yaxşılaşmışdır. Körpə endokrinoloq, pediatr və nevroloqun nəzarətinə evə yazılmışdır.
M.Z. Əfəndiyeva (Thu,) studied this question.