Müasir dövürdə bədən tərbiyəsi və idman sahəsində müxtəlif əhəmiyyətlilik testləri icra olunur. Tədqiqatda cütlüklər arasındakı fərqin statistik əhəmiyyətli olub–olmamasını müəyyən etmək üçün t testi icra olunmuşdur. Bu məqsədlə şagirdlərin fiziki tərbiyə dərsindən əvvəl və sonra nəbz sayı ölçülmüşdür. İki ölçmə nəticəsində əldə olunan göstəricilərə əsasən müşahidə edilən fərqin statistik baxımdan əhəmiyyətli olub olmadığı yoxlanılmış və nəticənin şərhi verilmişdir. Qərara alınıb ki, cütlüklər arasındakı fərqin əhəmiyyətlilik testinin düzgün tətbiqi idman sahəsində də bir çox elmi qərarlar qəbul etməyə imkan yaradır.
Aza Əhmədova (2024) studied this question.