Məqalədə idman menecmentinin mahiyyəti, idmanda menecmentin növləri, prinsipləri, idman federasiyasının fəaliyyətinin səmərəliliyi meyarları, idman klublarının menecmentinin səmərəliliyi meyarları araşdırılır. Məqalədə həmçinin bazar iqtisadiyyatı şəraitində bədən tərbiyəsi və idman fəaliyyətinin xüsusiyyətləri, Azərbaycanda müxtəlif idman növləri üzrə idman federasiyaları barədə məlumat verilir. Məqalədə bildirilir ki, idman sənayesinin əsas xüsusiyyəti mütəxəssisin istehsalat fəaliyyətində xüsusi rolu. Məqalədə qeyd edilir ki məhz xidmətlərin istehsalında bilavasitə iştirak edən mütəxəssislərdir, onların təhsil səviyyəsi, ixtisası, işinin keyfiyyəti məhsulların keyfiyyətini və cəmiyyətin idman xidmətlərinə olan tələbatının ödənilməsi səviyyəsini müəyyən edir.
N.M. Kələntərli (Sat,) studied this question.