Məqalədə liderliyin təşkilatı, təhsil, informasiya funksiyaları araşdırılır. İdman menecmentində liderin keyfiyyətləri və ilderliyin rolu araşdırılır. Menecerlərin və liderlərin xüsusiyyətlərini müqayisəsi edilir, liderin idman komandaların menecmentində rolu araşdırılır. Məqalədə qeyd edilir ki, idman komandası təkcə idarəetmə obyekti deyil, həm də fəaliyyət obyekti kimi çıxış edir. İdman komandasında lider qrupun iyerarxik quruluşuna daxil olur, öz hərəkətləri ilə qrup məqsədinə çatmasına öz töhfəsini verir. Məqalədə idman komandasında liderliyin inkişafı üçün müəyyən prosedurların istifadəsi qeyd olunur. Bunun üçün şəxsi motivasiyanın inkişafı; fərdi intellektual və mənəvi liderlik keyfiyyətlərinin inkişafı; qrup üzvləri ilə münasibətlərdə liderin və onun xoş niyyətinin sosial bacarıqlarının təmin edilməsi; vəziyyəti tez və düzgün qiymətləndirmək, qrup üzvlərinin xüsusiyyətlərini, maraqlarını bilmək və nəzərə almaq bacarıqı nəzərdə tutulur.
M.İ. Süleymanov (Thu,) studied this question.