Tələbələrin xarici dil hazırlığında ünsiyyət bacarıqlarının inkişafı mürəkkəb prosesdir. Dil çoxşaxəlidir lakin, peşəkar leksikanın öz terminləri, onlar üçün başa düşülən öz nitqi var. Təhsil, xüsusən də professional təhsili təkcə tələbənin hərtərəfli inkişafına və onun şəxsi ehtiyaclarına deyil, həm də cəmiyyətin ehtiyaclarını nəzərə almalıdır. Təhsildə səriştə əsaslı yanaşmanın tətbiqi bu məqsədlərə nail olunmasına böyük töhfə verir. Xarici dil qeyri-linqvistik universitetlərdə ən populyar fənlərdən biridir. Bədən tərbiyəsi universitetində tələbələrin xarici dil təhsilində kompleks inkişafı hər zaman hərtərəfli nəzəri- metodiki hazırlığı, müvafiq dil vasitələrinin və tədris metodlarının diqqətlə seçilməsini tələb edən genişmiqyaslı təcrübə yönümlü fəaliyyət olmuşdur. Qarşıya qoyulan məqsədlərə nail olmaq və planlaşdırılmış vəzifələrin həlli yalnız pedaqoji kollektivin fəal, məqsədyönlü fəaliyyəti, eləcə də sistemli qrafikə uyğun təlim-tərbiyə işi zamanı mümkündür. Tələbə idmançıların xarici dil hazırlığı üçün vacib meyar ünsiyyət və komunikasiyadır. Bu zaman tələbə xarici dildə nitqi inkişaf etdirəcək. Ünsiyyət qabiliyyəti bir mütəxəssisin digər insanlarla qarşılıqlı əlaqəsinə, alınan məlumatın adekvat şərhinə və düzgün ötürülməsinə təsir göstərir. Tələbələr öz fikirlərini ifadə etməyi və mübahisə etməyi, həmsöhbətini dinləməyi və kompromis həll yoluna gəlməyi öyrənməlidirlər. Tələbə-idmançıların xarici dil hazırlığının peşəkar və kommunikativ bacarıqlarının inkişafı müəyyən metodlardan, didaktik materialdan, müəllimin özünün peşəkar hazırlığından, geniş vizual materialdan, həmçinin ən son texnologiyalardan istifadəni nəzərdə tutur.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
Zeynəb Rüstəmova
Herman Miller (United States)
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
Zeynəb Rüstəmova (Fri,) studied this question.
www.synapsesocial.com/papers/69e9b80e85696592c86eb77a — DOI: https://doi.org/10.28942/snsa.v5i1y2023.318