İdmançılarımızın həm beynəlxalq, həm də yerli idman yarışlarında kütləvi və fərdi idman növlərində əldə etdikləri nailiyyətlər Azərbaycanın idman ölkəsi kimi beynəlxalq statusunu bir daha möhkəmləndirir. Bu gün sağlam cəmiyyətin yaradılması Azərbaycan dövlətinin strateji hədəfidir. Bu mənada hər bir vətəndaşın bədən tərbiyəsi və idmana marağının formalaşması cəmiyyətin və dövlətin diqqət mərkəzində olan bir problemdir. Buna görə də hər bir vətəndaşı, xüsusən fiziki məhdudiyyəti olan şəxsləri müntəzəm idmana cəlb etmək, ölkəmizdə adaptiv idman və Paralimpiya hərəkatını inkişaf etdirmək vacibdir. Məqalədə ölkəmizdə adaptiv idmanın inkişaf xüsusiyyətləri, son illər respublikamızda Paralimpiya hərəkatının inkişafına, müxtəlif beynəlxalq təşkilatlarla qurulan münasibətlərə, bu istiqamətdə həyata keçirilən tədbirlərə və onların nəticələrinə qısa nəzər salınıb.
R. A. Əkbərov (Fri,) studied this question.