Tədqiqatda məqsəd gənc voleybolçularda, basketbolçularda və həndbolçularda bədən əzələlərin funksional təkmilləşməsini qaydalarının araşdırmaqdır. İdmançının-Voleybolçuların, basketbolçuların və həndbolçuların-ümumi hazırlıq səviyyəsi nə qədər yüksək olarsa, ilboyu proses zamanı ümumi hazırlıq göstəriciləri bir o qədər az dəyişir. Ən kiçik dəyişikliklərə belə daha çox diqqət yetirmək və bir voleybolçu ilə bağlı ən əhəmiyyətli faktları axtarmaq lazımdır. Buna görə də, müəyyən bir idmançının funksional vəziyyətinin xüsusiyyətlərini nəzərə alaraq, fitness diaqnostikasının laboratoriya tədqiqatının nəticələrinə fərdi yanaşmaq vacibdir. Bütün kateqoriyalı idmançılar üçün bədən hazırlığının inkişafının fizioloji nümunələri eynidir. Qeyd etmək lazımdır ki, yüksək ixtisaslı voleybolçular arasında, eləcə də komanda idman növlərinin bütün nümayəndələri arasında ürəyin həcmi, ürək döyüntüsü və onun dəyişkənliyi, həmçinin miokardın gərginliyi indeksi nümayəndələrdəki oxşar göstəricilərdən ciddi fərqlərə malik deyil. Gənc voleybolçularda, basketbolçularda və həndbolçularda bədən əzələlər, elastik oynaqlarla bir araya gətirilən və sinir-əzələ sistemi tərəfindən idarə olunan bir neçə bədən seqmentinin məhsuludur. Qravitasiya vektoruna görə hər hansı bədən seqmentinin istiqamətini təyin edən və hər an bədən elementlərinin nisbi düzülməsini yaradan duruş həmin an müxtəlif oynaqlardakı mövqelərin mürəkkəb birləşməsindən ibarətdir. Bildirilir ki, ideal duruş bütün bədən hissələri şaquli düzüldükdə və bütün oynaq oxları qravitasiya xəttini keçdikdə formalaşır.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
İ.V. Rəhmanov (Sat,) studied this question.
synapsesocial.com/papers/69e9b85585696592c86eb91c — DOI: https://doi.org/10.28942/snsa.v5i3y2023.302
İ.V. Rəhmanov
Azerbaijan State Marine Academy
Azerbaijan State Marine Academy
Building similarity graph...
Analyzing shared references across papers
Loading...