Şəxsiyyətin mənəvi və intellektual inkişafında idmanın rolu çox böyük-dür. Bu məsələnin işlənib hazırlanması və həyata keçirilməsi yolları, üsulları və vasitələri elmin qarşısında həmişə mühüm vəzifə olmuşdur. Bu məqalə müasir öyrənmə nəzəriyyəsini və onun idman məşqçiliyində əvvəlki tətbiqlərini araşdırır. Müasir cəmiyyət ömür boyu öyrənən, problem həll edən, düşünən müstəqil öyrənən, yaradıcı və yenilikçi düşünən peşəkarlar və vətəndaşlar tələb edir. İdman təhsili alan tələbələr gələcəyin məşqçiləri, yəni potensial müəllimlərdir. Ona görə də onlar idman pedaqogikasındakı yenilikləri daim nəzarətdə saxlamalı, məşq prosesinin prinsiplərinə yaxşı bələd olmalıdırlar.
N.R. Əzizova (Thu,) studied this question.