19-21 sentyabr, 2019-cu il tarixində Bakıda Türk Dünyası və Avrasiya Pediatr- larının XVII Konqresi (UNPSTR) keçiril- mişdir. Üç günlük proqramda yerli və bey- nəlxalq mütəxəssislərin məruzələri dinlənil- miş, praktik seminarlar, simpoziumlar, tipik və müqayisəli halların klinik araşdırılması, uşaq yaşlarının xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasında tibbi yardımın göstərilməsi standartları müzakirə edilmiş,2 kurs – “Beynəlxalq İnkişafın İzlənməsi və Dəstəklənməsi Kursu” və həmçinin,“ Yenidoğulmuşlara Müasir Yanaşma Kursu” keçirilmişdir. Tədbirin açılış mərasimində Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva konqres haqqında məlumat verərək bildirmişdir ki, toplantıda 40-a yaxın ölkədən məruzəçi, 300-ə yaxın iştirakçı qatılıb. Ümumilikdə, 17 müxtəlif interaktiv panel, sözlü, poster və məruzə panellərinin keçirilməsi planlaşdırılıb.
Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı (Fri,) studied this question.