Bu gün sürətlə inkişaf edən texnologiyalar çoxlu sayda kommunikasiya vasitələrinin yaranmasına şərait yaratmış və ictimaiyyətlə əlaqələr, reklam, satışın təşviqi kimi səmərəli marketinq alətlərinə sponsorluq da əlavə edilmişdir. Tütün və spirtli içkilərin reklamına qoyulan qadağalar, reklam xərclərinin artması və insanların asudə vaxtının çoxalması sponsorluğun inkişafına mühüm təsir göstərmişdir. Sponsorluq artıq yalnız geniş yayılmış reklam forması deyil, həm də kütləvi kommunikasiya mühitində daha geniş yer alaraq qlobal səviyyədə tətbiq olunan marketinq vasitəsinə çevrilmişdir. İnkişaf edən sponsorluq fəaliyyətinə tələbat hər gün artır. İdman sahəsində sponsorluq xüsusilə ön plana çıxmış və idmanın əsas maliyyə mənbələrindən birinə çevrilmişdir. Dövlət büdcəsinin idmanın artan maliyyə tələbatını tam ödəyə bilməməsi sponsorluğun populyarlaşmasına səbəb olmuşdur. Maliyyə çətinlikləri göstərmişdir ki, bir çox idman təşkilatları sponsorsuz fəaliyyətini davam etdirə bilmir. Eyni zamanda, idmanın müəyyən bir auditoriyaya deyil, geniş kütləyə, həm milli, həm də ümumbəşəri dəyərlərə xitab etməsi şirkətləri idmana sponsorluq etməyə təşviq edir. Digər sahələrlə müqayisədə idman sponsorluğu daha geniş auditoriyaya çatdığından, məhsul və xidmətlərin qısa müddətdə hədəf kütləsinə çatdırılmasını təmin edir.
F.N. Xəlilov (Fri,) studied this question.