Müasir iqtisadiyyat və Bədən Tərbiyəsi və İdman sahəsində sahibkarlıq Müasir iqtisadiyyat bədən tərbiyəsi və idman sahəsində sahibkarlığın inkişafına, bədən tərbiyəsi və idman təşkilatlarının mülkiyyətçilərinin sayının artmasına, onların təşkilati-hüquqi formalarının müxtəlifliyinin yüksəlməsinə və xidmətlərin keyfiyyətinin yaxşılaşmasına təsir göstərir. Dünyanın bütün aparıcı ölkələrində olduğu kimi, Azərbaycanda da idman inkişaf etdirilir və ölkənin rifahının prioritet sahələrindən biridir. Bu baxımdan məqalənin mövzusu müasir dövrdə çox aktualdır. Məqalənin məqsədi idman təşkilatlarının fəaliyyətinin biznes mühitinin obyektiv qanunauyğunluqlarına tabe olduğunu, onların cari fəaliyyəti və gələcək inkişaf istiqamətlərini əsaslandırmaqdır. Məqalədə həm xarici, həm də yerli idman sahəsinin tədqiqatçılarının sahibkarlığın inkişafına dair mövcud fundamental konsepsiya və yanaşmaları, biznes strukturlarının formalaşması konsepsiyası, idman təşkilatlarının inkişafı üçün müasir idarəetmə üsulları yer alır.
V.B. Əhədov (Fri,) studied this question.