Dayaq-hərəkət sistemindəki pozğunluqların öyrənilməsi məqsədilə idmançılarda dayaq-hərəkət aparatının pozğunluqlarının bərpası üçün reabilitasiya proqramı işlənib hazırlanmış və elmi əsaslandırılmış, idmançılarda morfofunksional vəziyyətin yaratdığı dəyişikliklərə elmi əsas verilmişdir. Sübut edilmişdir ki, dayaq-hərəkət sistemindəki pozğunluqların korreksiyası idmançılara erkən mərhələdə böyük təsir göstərir, çünki onun aradan qaldırılmasının gecikməsi bir çox hallarda dayaq-hərəkət aparatının disfunksiyasına səbəb olan geri dönməz vəziyyətlərə gətirib çıxarır. Nəticədə idmançıların dayaqhərəkət sistemində əzələ və sümüklərdə struktur dəyişiklikləri, davamlı deformasiyalar və patoloji proseslər stimullaşdırılır. Dayaq-hərəkət aparatının pozğunluqları olan eksperimental qrup idmançılarında onurğanın hərəkətliliyi, arxa və qarın əzələlərinin güc dözümlülüyü göstəriciləri baxımından motor sisteminin funksional vəziyyətinin dinamikası daha aydın nəzərə çarpır. Dayaq-hərəkət aparatının terapevtik tədbirlərindən sonra reabilitasiyada tətbiq olunan metodlar ənənəvi daha effektli olduğu məlum olmuşdur.
X.H. Orucov (Fri,) studied this question.