Annotasiya. Yeniyetməlik dövrü insanın fiziki və funksional inkişafında mühüm mərhələ sayılır. Bu yaş mərhələsində orqanizmdə bir sıra sistemlər – skelet, əzələ, tənəffüs, ürəkdamar və endokrin sistemlərdə əhəmiyyətli dəyişikliklər baş verir. Sümüklərin böyüməsi, əzələ kütləsinin artması və hormon balansının dəyişməsi gənc orqanizmin yeni şəraitə uyğunlaşmasını tələb edir. Bu dövrdə hərəkət koordinasiyası və dözümlülük inkişaf edir, lakin bəzən motor bacarıqlarda narahatlıq, tez yorulma və zədə riski müşahidə oluna bilər. Bu səbəbdən fiziki yüklənmələr fərdi inkişaf səviyyəsinə uyğun seçilməli, məşq proqramları isə mərhələli şəkildə qurulmalıdır.Müntəzəm tibbi nəzarət, sağlam qidalanma və psixoloji dəstək ilə yanaşı, düzgün planlaşdırılmış fiziki fəaliyyət də yeniyetmənin sağlam böyüməsinə şərait yaradır. Bu məlumatlar müəllimlər, məşqçilər və valideynlər üçün vacibdir ki, gənclərə təhlükəsiz və effektiv inkişaf imkanları yaradılsın. Yalnızbu cür kompleks yanaşma ilə yeniyetmələrin uğurlu inkişafını təmin etmək mümkündür.
Səbinə Məmmədova (Sun,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: