Müasir şəraitdə bədən tərbiyəsinin beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bu sahədə mütəxəssislərin dil hazırlığı məsələlərinə çox diqqət yetirilməlidir. İnsan həyatının bütün sahələrinin, o cümlədən idmanın qloballaşması şəraitində xarici dil bədən tərbiyəsi sahəsində mütəxəssisin peşə xarakteristikasının məcburi parametrinə çevrilir. Burada avtomatik olaraq sual yaranır: Bədən tərbiyəsi sahəsində mütəxəssisə xarici dil niyə lazımdır? İdmançı üçün fiziki hazırlıq əsas meyar deyilmi? Cavablardan biri kifayət qədər sadədir: bədən tərbiyəsi sahəsində mütəxəssisin həm respublikada, həm də xaricdə peşəkar fəaliyyətini uğurla həyata keçirməsi üçün xarici dil lazımdır. “İdmanın qloballaşması şəraitində bədən tərbiyəsi sahəsində mütəxəssislərin peşəkar dil hazırlığı” məqaləsi bədən tərbiyəsi mütəxəssislərinə xarici dillərin tədrisi sahəsində əsas məqamlara, problemlərə və bu problemlərin həlli yollarına həsr edilmişdir.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
L.Y. Əhmədova (Mon,) studied this question.
www.synapsesocial.com/papers/69e9bb9e85696592c86ed31e — DOI: https://doi.org/10.28942/snsa.v4i3y2022.86
L.Y. Əhmədova
Azerbaijan State Marine Academy
Building similarity graph...
Analyzing shared references across papers
Loading...