Son illərdə efir yağlarının antibakterial aktivliyinin tətbiqinə böyük maraq göstərilir və hətta bir çox dərmanlara davamlı olan mikroblara da (metisillinə davamlı Staphylococcus aureus) təsir göstərən efir yağları aşkar edilmişdir. Buna görə də Azərbaycan florasından olan bəzi bitkilərin efir yağlarının antimikrob xüsusiyyətlərinin tədqiqi bəzi xüsusiyyətləri tədqiq olunsa da, onların tədqiqi bu gün də aktualdır. Tədqiqatın məqsədi: Azərbaycan florasına aid olan bəzi bitkilərdən alınmış efir yağlarının antimikrob xüsusiyyətlərinin öyrənilməsidir. Material və metodlar: Tədqiqatlar zamanı Azərçaycan florasına aid olan bitki xammalından hidrodistillə üsulu ilə alınmış efir yağlarından adi razyana (Foeniculum vulgare mill) yağı), əkin keşnişi (Coriandrum sativum L.) yağı, iyli şüyüd (Anethum qravolens L.) yağı), Qafqaz zirəsi (Carum caucasicum(Beib.) yağı, adi cirə (Cuminum cyminum L.) yağı), uzunyarpaq nanə (Mentha longifolia Huds.) yağı, Zaqafqaziya kəklikotu (Thymus transcaucasias Roin.) yağı istifadə edilmişdir. Efir yağlarının antimikrob xüsusiyyətləri disk-diffuziyza və seriyalarla durulaşma üsulları ilə öyrənilmişdir. Nəticə: Alınan nəticələrə əsasən məlum olmuşdur ki, təqdim edilən maddələr çox güclü antibakterial və antifunqal təsir göstərmişlər. İstifadə edilən 7 test-kulturadan yalnız P.aeruginoza kulturasına təsir göstərməmiş, qalan bütün kulturaların inkişafını inhibisiya etmişlər. Yekun: Beləliklə, aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, təqdim edilən 7 maddənin (efir yağının) hər biri çox güclü antimikrob təsirə malikdir. Təqdim olunan maddələr arasında ən güclü antibakterial və antifunqal təsir göstərən maddə 3 zirə yağı (Carum caucasicum(Beib.) və Maddə 6 (uzunyarpaq nanə (Mentha longifolia Huds.) yağı olmuşdur, belə ki, seçilmiş test-kulturaların hamısının inkişafını tam inhibisiya etmişdir, yalnız P.aeruginoza kulturasına qarşı orta aktiv təsir göstərmiş, inhibisya zonaları 10-12 mm arasında dəyişmişdir. Maddələr seçilmiş kulturalardan yalnız P.aeruginoza kulturasına təsir göstərməmişdir. Antimikrob təsirinə görə antibiotiklərlə müqayisədə efir yağlarının daha effektiv olduğu aşkar edilmişdir.
Həqiqət Ə. Qədirova (Thu,) studied this question.