voleybol dünyada ən populyar idman növlərindən biri hesab olunur. Bu idman oyunu emosional, cəzbedici və insanların böyük əksəriyyəti üçün münasibdir. Voleybolçuların idman məşqi vahid proses kimi bir-biri ilə qarşılıqlı əlaqədə olan altı hazırlıq növündən ibarətdir: fiziki, texniki, taktiki, psixoloji, intelektual və inteqral. Voleybolçuların oyun fəaliyyətinin səmərəsi bilavasitə fiziki hazırlıqdan asılıdır. Oyun prosesində voleybolçu ən müxtəlif çətinliklərlə üzləşir və onları əsasən fiziki hərəkətlərin köməyi ilə həll edir. Oyun zamanı hücum və müdafiə proseslərinin səmərəli olması üçün voleybolçu, gözlənilməz hərəkətlərə qarşı tez və dəqiq reaksiya verməyi bacarmalıdır. Bunun üçün o, ilk növbədə cəldlik, çeviklik və tullanma qabiliyyətinə malik olmalıdır. Müasir voleybolda əsas şərt təkcə getdikcə artan oyun intensivliyi deyil. Bu gün voleybolçu müxtəlif oyun funksiyalarını yerinə yetirmək üçün müvafiq fiziki hazırlıq səviyyəsinə malik olmalıdır. Çünki fiziki hazırlıq texniki və taktiki hazırlıqlar üçün bünövrə hesab olunur. Voleybolda, həmçinin, başqa idman növlərində sürət-qüvvə bacarığının tərbiyə metodikasının təkmilləşdirilməsinə ehtiyac vardır. Aparılmış bir çox tədqiqatlar göstərmişdir ki, voleybolçular sürət-güc hazırlığı səviyyəsinə görə başqa idman növlərindən geri qalır. Odur ki, yüksək dərəcəli voleybolçularda fərdi xüsusiyyətləri nəzərə alıb, məşq prosesinin səmərəsini artırmaqla fiziki keyfiyyətlərin təkmilləşdirilməsini həyata keçirmək mümkündür. Belə ki, digər idman növlərindən fərqli olaraq, voleybolda fiziki yüklər oyunçuların hazırlıq səviyyələri ilə sıx əlaqə təşkil edir. Profesor A.V.Korovkovun fikirincə voleybolçunun atletizmi onun sürət-qüvvə qabiliyyətlərinin yüksək səviyyədə inkişaf etməsindən asılıdır. Çünki o, oyun ərzində ən müxtəlif hərəkət fəaliyyətlərini dəqiqliklə yerinə yetirməli olur.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
Z. C. Hacıyev
Azerbaijan State Marine Academy
Azerbaijan State Marine Academy
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
Z. C. Hacıyev (Thu,) studied this question.
synapsesocial.com/papers/69f19f74edf4b468248064e9 — DOI: https://doi.org/10.28942/snsa.v2i2y2020.496