Məqalədə boksçuların fiziki iş qabiliyyətinin PWC170 sınağının qaçış variantından istifadə etməklə operativ təyinin imkanları əsaslandırılmışdır. Fiziki iş qabiliyyətinin təyini ilə boksçuların ümumi fiziki və funksional hazırlığını xarakterizə etmək mümkündür. Təqdim olunmuş nəticələrin köməyi ilə fiziki iş qabiliyyəti ilə yaş və boksçuların məşq- olunmasının səviyyəsi arasında qarşılıqlı əlaqənin daha da dərindən araşdırılmasına kömək edir. İdmançıların fiziki iş qabiliyyətinın səviyəsinin təyinni orqanizmin müxtəlif sistemlərinin funksional vəziyyətinin inteqral göstəricisi kimi onları xarakterizə etməyə imkan verir. Bu ilk növbədə qan dövranı və tənəffüs sisteminin vəziyyətinin nəzarət altında saxlanılmasının idman təcrübəsində vacib məsələlərdəndir. Ümumi fiziki iş qabiliyyəti orqanizmin bütün sistemlərinin və fiziki keyfiyyətlərinin inkişafının səviyyəsini əks etdirir.
S.A. Əliyev (Thu,) studied this question.