Müasir ordu sistemlərində fiziki hazırlıq, şəxsi heyətin döyüş qabiliyyəti, psixoloji sabitliyi və əməliyyatlarda effektiv fəaliyyət göstərə bilmə səviyyəsini müəyyən edən başlıca amillərdən biridir. Bu sahənin idarə olunması təkcə fiziki güc və dözümlülüyün artırılması ilə məhdudlaşmır; o, həmçinin hərbi intizamın, qrupdaxili əməkdaşlığın, liderlik keyfiyyətlərinin və emosional dayanıqlığın formalaşmasını təmin edən kompleks idarəetmə prosesidir. Fiziki hazırlığın idarəetmə modeli müasir hərbi idarəetmənin strateji tərkib hissəsi kimi, planlaşdırma, təşkilatlandırma, nəzarət və qiymətləndirmə funksiyalarının qarşılıqlı inteqrasiyasına əsaslanır. Məqalədə fiziki hazırlığın idarə olunması modellərinin elmi-nəzəri və tətbiqi əsasları, onların struktur komponentləri və NATO tipli beynəlxalq yanaşmalarla müqayisəli təhlili təqdim olunur. Araşdırma göstərir ki, ənənəvi kollektiv məşq modelləri artıq müasir ordunun adaptiv və fərdiləşdirilmiş tələblərinə cavab vermir. Buna görə də idarəetmə prosesinə informasiya texnologiyalarının, performans monitorinq sistemlərinin və psixoloji müşahidə modullarının inteqrasiyası vacib hesab olunur. Eyni zamanda, müəllim və təlimçilər üçün bu modellərin tətbiqi pedaqoji baxımdan böyük əhəmiyyət daşıyır, çünki fiziki hazırlığın idarə olunması təkcə hərbi təlimin deyil, çağırışaqədərki hazırlığın da tədris keyfiyyətini yüksəldir. Məqalənin məqsədi müasir idarəetmə modellərinin mahiyyətini, onların tətbiq mexanizmlərini və Azərbaycan Ordusu üçün uyğunlaşdırılmış modelin formalaşma istiqamətlərini elmi-pedaqoji kontekstdə əsaslandırmaqdır. Nəticələr göstərir ki, fiziki hazırlığın idarəetmə sistemi yalnız təlim komponenti deyil, həm də hərbipeşəkar davamlılığın təminat mexanizmi kimi qiymətləndirilməlidir.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
A.Ə. Bədirxanov
Azerbaijan State Marine Academy
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
A.Ə. Bədirxanov (Thu,) studied this question.
www.synapsesocial.com/papers/69fd7ec6bfa21ec5bbf07018 — DOI: https://doi.org/10.28942/snsa.v7i4y2025.649