Uzun tarixi inkişaf yolu keçən ingilis dili qrammatikası iki mühüm ənənənin formalaşması, bir-birini əvəzləməsi və zaman-zaman birlikdə tətbiq olunması ilə ərsəyə gəlmişdir. Preskriptiv və deskriptiv olaraq adlandırılan bu iki trend müasir ingilis dilinin qrammatik normalarını formalaşdırmaqla yanaşı, bu dilin tədrisi üçün də yeni istiqamətlərin yaranmasına da səbəb olmuşdur. Tədqiqat işinin əsas məqsədi adları qeyd olunan iki qrammatik istiqamətin tarixi köklərini, yaranma səbəblərini və onların pedaqoji baxımdan müasir ingilis dilinin tədrisi üçün səmərəliliyini araşdırmaqdır. Hər iki qrammatik cərəyanın nümayəndələrinin yanaşmalarını əks etdirən əsərlərin şərhi üçün tədqiqat metodu olaraq müqayisəli-tarixi metoda üstünlük verilmişdir. Bununla belə, linqvistik vahidlərin təhlili və təsviri üçün müqayisəli və deskriptiv metodlardan, sözügedən ənənələrin metodik əhəmiyyətini öyrənmək üçün pedaqoji-linqvistik üsuldan istifadə edilmişdir. Tədqiqat zamanı müəyyən olundu ki, əslində hər iki ənənə məhz pedaqoji tələbatdan yaranmışdır, lakin bu onların hər ikisinin eyni dərəcədə faydalı olduğunu göstərmir. Dilin qrammatik ənənəsinin inkişafı üçün öz dövründə yaranması labüd olsa da, preskriptiv qrammatikalar dil tədrisi prosesində deskriptivlər qədər effektiv nəticələr vermir. Lakin nəticə etibarilə, dilin öz daxili imkanları və xüsusiyyətlərini əks etdirən, həm də onu qorumağa yönələn bu iki trendin balanslı şəkildə izlənilməsi və tətbiq edilməsi pedaqoji baxımdan daha səmərəli nəticələr əldə etməyə səbəb olur.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
E.A. Babayeva
Azerbaijan State Marine Academy
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
E.A. Babayeva (Thu,) studied this question.
www.synapsesocial.com/papers/69fd7fb8bfa21ec5bbf08500 — DOI: https://doi.org/10.28942/snsa.v7i4y2025.660