Məqalədə idmançı tələbələrin ingilis dili öyrənməsində pedaqoji xüsusiyyətlərin nəzərə alınmasının əhəmiyyəti öz əksini tapır. İngilis dili idmançı tələbələrə təhsil və beynəlxalq səviyyədə peşəkar inkişaf imkanları yaradır. İdmançı tələbələr akademik və idman fəaliyyətləri arasında balans yaratmaqda çətinlik çəkir və bu da öz növbəsində dərslərə davamiyyətin azalmasına, tapşırıqların davamlı edilməməsinə və öyrənmə prosesində geriləmələrə səbəb olur. Tədqiqatlar göstərir ki, bu tələbələr üçün ən səmərəli və effektiv yanaşma idman yönümlü, praktik və kommunikativ metodlardır. Motivasiya, iradə, kollektivlik və vaxt məhdudiyyəti onların öyrənmə prosesinə təsir edən əsas faktorlar kimi qeyd edilir. Məqalədə tapşırıq yönümlü öyrənmə, rollu oyunlar, tam fiziki reaksiya, texnologiyanın dərsə inteqrasiyası, fənlərarası layihələr və tərsinə çevrilmiş tədris modeli kimi pedaqoji strategiyalar təqdim olunur ki, bunlar idmançı tələbələrin ingilis dili öyrənməsini daha effektiv edir. Əməkdaşlıq mühiti, həmyaşıdların dəstəyi və fərdiləşdirilmiş tədris tələbələrin kommunikativ bacarıqlarını, özünəinamını və motivasiyasını artırır. Nəticədə, idmançı tələbələrin ingilis dili öyrənməsi üçün adaptiv, praktik və dəstəkləyici pedaqoji yanaşma tələb olunur. Bu yanaşmalar onların dil öyrənməsini asanlaşdırır, akademik və peşəkar fəaliyyətlərində uğur qazanmasını təmin edir.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
S.A. Quliyeva
Adıyaman University
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
S.A. Quliyeva (Thu,) studied this question.
www.synapsesocial.com/papers/69fd7fcdbfa21ec5bbf0867c — DOI: https://doi.org/10.28942/snsa.v7i4y2025.659