tətbiqinin elmi-nəzəri və praktik aspektlərini araşdırır. Tədqiqat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsində aparılmış və əczaçılıq dövriyyəsində rəqəmsal izləmə mexanizmlərinin tətbiqinin qiymətləndirilməsinə yönəlmişdir. Avropa İttifaqının Saxtalaşdırılmış Dərmanlara qarşı Direktivinin (FMD) və ABŞ-ın Dərman Təchizat Zəncirinin Təhlükəsizliyi Aktının (DSCSA) normativ çərçivələri əsasında formalaşmış izləmə modelləri təhlil olunur və onların milli şəraitə uyğunlaşdırılması imkanları qiymətləndirilir. Aparılmış təhlil əsasında milli kontekstə uyğunlaşdırılmış mərhələli tətbiq strategiyası təklif olunur. Model əczaçılıq məhsullarının unikal identifikasiya ilə markalanmasını, təchizat zənciri üzrə real vaxt rejimində məlumat mübadiləsini və vahid rəqəmsal platforma üzərindən mərkəzləşdirilmiş dövlət nəzarətini özündə birləşdirir. Təklif olunan strategiya saxta və keyfiyyətsiz əczaçılıq məhsullarının dövriyyəsinin qarşısının alınmasına, tənzimləyici nəzarətin səmərəliliyinin artırılmasına və ümumilikdə əczaçılıq dövriyyəsində təhlükəsizliyin yüksəldilməsinə töhfə verir.
S.Y. Fərzullayev (Thu,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: