Key points are not available for this paper at this time.
Son illərdə qaraciyərdən xaric öd yollarının (QXÖY) yatrogen zədələnmələrinin diaqnostikası və müalicəsində mühüm nailiyyətlər əldə edilmişdir. Lakin öd yolları üzərində aparılmış rekonstruktiv əməliyyatlardan sonrakı uzaq dövrdə xəstələrin 10,9-51,2%-ndə çapıq strikturalar yaranır ki, bu da daha səmərəli müalicə üsullarının axtarışını aktual edir. İşin məqsədi: qaraciyərdən xaric öd yolları zədələnmələrində Hepp-Couinaud yanaşması ilə hepatikoyeyunostomiyanın effektivliyinin müqayisəli qiymətləndirilməsi. 2015-2025-ci illər müddətində öd yollarının yatrogen zədələnməsinə görə rekonstruktiv əməliyyata məruz qalmış 48 xəstənin müalicə nəticələri təhlil edilmişdir. Xəstələrin orta yaş həddi 45,6 ± 4,2 yaş olmuşdur. Tədqiq etdiyimiz xəstələrdə öd yollarının yatrogen zədələnmələri 95,8% (46 xəstədə) xolesistektomiyadan (22(45,8%) xəstədə açıq, 26(54,2%) xəstədə isə laparoskopik), 2 (4,2%) xəstədə isə mədə rezeksiyasından sonra baş vermişdir. 19(39,6%) xəstədə digər kliniki əlamətlərlə yanaşı xolangit müəyyən edilmişdir. Həmin xəstələrdə xolestaz əlamətləri qanın biokimyəvi müayinələrində təsdiq edilmişdir. Zədələnmə səviyyəsi Bismut təsnifatına uyğun qaydada qiymətləndirilmişdir: belə ki, 9 xəstədə Tip-I, 7 xəstədə Tip-2, 11 xəstədə Tip-3, 21 xəstədə isə Tip-4 səviyyədə müəyyən edilmişdir. Qaraciyərdaxili xolanqioqrafiya yalnız ERXPQ ilə (6 xəstədə) həyata keçirilmişdir. Hepp-Couinaud üsulu ilə hepatikoyeyunostomiya 19 xəstəyə icra edilmişdir. Yaxın və uzaq dövrdəki müalicə nəticələrinin müqayisəli qiymətləndirilməsi Hepp-Couinaud üsulu ilə hepatikoyeyunostomiyanın səmərəli olmasını göstərmişdir. İdeyanın orijinallığı sol qaraciyər axarının sağ axarla birləşdiyi yerdən geniş mobilizasiyasının mümkümlüyünə əsaslanır. Axarın ətraf bitişmələrdən ayrılmasının, eləcə də hepatikoyeyunoanastomozun sol axar hesabına 2-3 sm diametrində formalaşdırılmasının mümkünlüyü rekonstruktiv əməliyyatın uzaq dövründə nəticələrin yaxşılaşdırılmasına zəmin yaratmışdır. Belə ki, Hepp-Couinaud üsulu ilə hepatikoyeyunostomiyadan sonrakı 3-5 il sonrakı müddətdə anastomoz darlığı qeydə alınmamışdır.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
R.M Ağayev
Azerbaijan Medical University
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
R.M Ağayev (Thu,) studied this question.
www.synapsesocial.com/papers/6a080b38a487c87a6a40d6e8 — DOI: https://doi.org/10.28942/atuj.v6i2y2026.146
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: