Müasir dövrdə hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə etmiş Azərbaycan Respublikasının siyasi, sosial-iqtisadi və mədəni inkişafında Ümummilli lider Heydər Əliyevin fəaliyyəti mühüm yer tutur. Onun rəhbərliyi dövründə ölkədə həyata keçirilən ardıcıl dövlət quruculuğu siyasəti Azərbaycanın ictimai-siyasi sabitliyinin təmin olunmasına, milli inkişaf strategiyasının formalaşdırılmasına və elm-təhsil sahəsində institusional yeniliklərin həyata keçirilməsinə geniş imkan yaratmışdır. 1993–2003-cü illərdə Azərbaycanın Şimal-Şərq regionunda, xüsusilə Quba-Xaçmaz bölgəsində elm və təhsil sahəsində həyata keçirilən tədbirlər regionun sosial-mədəni inkişafına mühüm təsir göstərmişdir. Həmin dövrdə bölgədə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin və təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmiş, yeni təhsil infrastrukturu formalaşdırılmış, ixtisaslı kadr hazırlığı istiqamətində mühüm addımlar atılmışdır. Regionda elm və təhsil siyasətinin inkişafı yalnız maarifçilik baxımından deyil, həm də sosial-iqtisadi inkişafın və milli-mədəni inteqrasiyanın əsas komponentlərindən biri kimi çıxış etmişdir. Heydər Əliyevin elm və təhsil siyasəti milli dəyərlərin qorunması ilə müasir inkişaf prinsiplərinin uzlaşdırılmasına əsaslanmışdır. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq elmi və təhsil məkanına inteqrasiya prosesində daha fəal iştirak etməyə başlamış, qloballaşma və mədəni inteqrasiya şəraitində milli təhsil sisteminin inkişafı üçün əlverişli zəmin formalaşmışdır.
Novruz Kərimov (Sun,) studied this question.