Neonatal sepsisin klinik xüsusiyyətlərinin öyrənilməsi, gedişinin proqnozlaşdırılması elmi və praktik planda aktuallığını saxlayır. Tədqiqat zamanı müəyyən edilmişdir ki, müxtəlif hestasiya yaşlı vaxtındanqabaq doğulanlarda sepsisin agırlıq dərəcəsinə görə heterogen gedişinin əsas səbəbi immun sisteminin yetkinsizliyi, sistem iltihab cavab sindromunun inkişaf etməsi, iltihab mediatorların aktivləşməsi və bunun nəticəsi kimi xəstəliyin kəskin dövründə sistem və orqanların müxtəlif dərəcəli pozulmalarıdır. Bu baxımdan müxtəlif hestasiya yaşlı vaxtındanqabaq doğulan uşaqlarda neonatal sepsis zamanı iltihab mediatorlarından olan sitokinlərin təyini əsaslandırılıb və sepsisin gedişi proqnozlaşdırmağa imkan yaradır.
Y.A. Qasımova (Thu,) studied this question.