Məqalədə ümumi fiziki hazırlığın inkişafında tətbiq olunan müasir məşq metodları elmi-nəzəri və pedaqoji aspektdən müqayisəli şəkildə təhlil edilmişdir. Tədqiqatın əsas məqsədi fiziki tərbiyə prosesində şagird və tələbələrin fiziki keyfiyyətlərinin – güc, sürət, dözümlülük, çeviklik, elastiklik və koordinasiya qabiliyyətlərinin – sistemli və effektiv şəkildə inkişaf etdirilməsi üçün ən məqsədəuyğun metodların müəyyənləşdirilməsidir. Məqalədə dairəvi məşq, interval və funksional məşq metodlarının nəzəri əsasları, tətbiq imkanları və üstünlükləri təqdim edilmiş, onların təhsil müəssisələrində praktiki tətbiqi müqayisəli şəkildə qiymətləndirilmişdir. Tədqiqat nəticələri göstərir ki, hər bir metodun spesifik xüsusiyyətləri vardır və fiziki hazırlığın müxtəlif komponentlərinin inkişafında fərqli rol oynayır. Dairəvi məşq metodu kompleks təsir yaratmaqla bütün fiziki keyfiyyətləri eyni vaxtda inkişaf etdirməyə imkan verir, interval metodu dözümlülük və kardiorespirator sistemin güclənməsində effektivdir, funksional məşq isə koordinasiya, balans və stabilizasiyanın təkmilləşdirilməsində üstünlük təşkil edir. Müasir pedaqoji yanaşmaların əsas prinsiplərinə uyğun olaraq metodların sistemli tətbiqi tədris prosesinin effektivliyini artırır, şagirdlərin motivasiyasını yüksəldir və monotonluğun qarşısını alır. Məqalədə həmçinin müəllimlərin metod seçimində yaş, fiziki hazırlıq səviyyəsi və fərdi xüsusiyyətləri nəzərə almağın vacibliyi vurğulanır.
M.Z. Məmmədquliyev (Thu,) studied this question.