Müasir neonatologiyanın nailiyyətlərinə baxmayaraq, neonatal infeksiyalar, xüsusilə vaxtından əvvəl doğulmuşlar arasında körpə xəstələnmə və ölümünün əsas səbəblərindən biri olaraq qalır. Yüksək həssaslıq və spesifikliyə malik biomarkerlərin olmaması neonatal infeksiyaların erkən diaqnostikanı və müalicənin vaxtında başlanmasını çətinləşdirir. Son illərdə hüceyrə zədələnməsi zamanı ifraz olunan və anadangəlmə və adaptiv immun cavabın tənzimlənməsində mühüm rol oynayan IL-1 ailəsinə aid epitelial alarmın — interleykin-33-ə (IL-33) artan maraq müşahidə olunur. IL-33 öz bioloji təsirini ST2/IL-1RAcP reseptor kompleksi vasitəsilə göstərir və MyD88-IRAK-TRAF6 asılı siqnal yollarını, həmçinin NF-κB və MAPK kaskadlarını aktivləşdirərək həm 1-ci, həm də 2-ci tip immun cavabı modulyasiya edir. Mövcud məlumatlar sepsis zamanı IL-33-ün ikili və fazadan asılı rolu mövcüddur: infeksiyanın erkən mərhələlərində IL-33 bakterial klirensin güclənməsinə və toxuma zədələnməsinin məhdudlaşdırılmasına kömək edərək qoruyucu təsir göstərə bilər, lakin gec mərhələlərdə onun davamlı yüksək səviyyələri hiperiltihab, immunosupressiya və mənfi klinik nəticələrlə əlaqələndirilir. Son klinik tədqiqatlar bakterial sepsis və respirator infeksiyaları olan yenidoğulmuşlarda zərdab IL-33 səviyyəsinin artdığını, bəzi hallarda isə bu göstəricinin xəstəliyin ağırlıq dərəcəsi ilə əlaqəli ola biləcəyini göstərmişdir. Beləliklə, сari məlumatlar ilkin olaraq qalır və bakterial infeksiyaları olan yenidoğulmuşlarda klinik tətbiq geniş, çoxmərkəzli perspektiv tədqiqatlar, aşkarlama metodlarının standartlaşdırılması və digər biomarkerlərlə birlikdə IL-33-ün diaqnostik dəyərinin qiymətləndirilməsini tələb edir.
NF Efremova and Аа Huseynova (Thu,) studied this question.