Uşaqlarda COVID-19-un hematoloji təzahürləri hələ tam öyrənilməyib. Bu tədqiqatda pediatrik COVID-19 pnevmoniyasında hematoloji parametrlər ilə xəstəliyin ağırlığı arasındakı əlaqə araşdırılmışdır. Metodlar: Tədqiqata 2021-2023-cü illər ərzində Bakı şəhəri 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına hospitalizasiya olunmuş, polimeraza zəncirvari reaksiyası (PZR) ilə təsdiqlənmiş COVID-19 pnevmoniyası diaqnozu qoyulmuş 75 pediatrik xəstə (yaş diapazonu: 1-17 il) daxil edilmişdir. Xəstələr klinik və laborator meyarlara əsasən orta ağır gedişli (n=49; 65,3%) və ağır gedişli (n=26; 34,7%) qruplara bölünmüşdür. Hospitalizasiya edilmiş xəstələrin hematoloji parametrləri qiymətləndirilmişdir. Statistik təhlil SPSS 26.0 proqram paketi vasitəsilə həyata keçirilmiş, qruplar arası müqayisələr üçün Mann-Whitney U testi, diaqnostik dəqiqliyin qiymətləndirilməsi üçün ROC (Receiver Operating Characteristic) əyrisi təhlili və dəyişənlər arası əlaqələrin müəyyən edilməsi üçün korrelyasiya təhlili tətbiq edilmişdir. Nəticələr: Tədqiqat qrupunda ən yüksək tezliklə müşahidə olunan klinik əlamətlər öskürək (98,7%) və febril hərarət (88,0%) olmuşdur. Orta ağır və ağır gedişli hallar arasında statistik cəhətdən əhəmiyyətli hematoloji fərqlər aşkar edilmişdir: leykositlərin miqdarı (müvafiq olaraq 6,95±1,8 və 9,97±2,3 ×10⁹/L; p10×10⁹/L olması ağır gedişin proqnozlaşdırılmasında 57,7% həssaslıq və 98,0% spesifiklik göstərmişdir. Nəticə: Hematoloji göstəricilər, xüsusilə leykositlərin sayı və MCV, pediatrik COVID-19 pnevmoniyasının gedişinin proqnozlaşdırılmasında əhəmiyyətli klinik dəyərə malikdir. Bu asan əldə edilən və geniş istifadə olunan biomarkerlər klinik praktikada xəstələrin risk stratifikasiyasının aparılmasında və səhiyyə resurslarının səmərəli bölüşdürülməsində köməkçi vasitə kimi tətbiq oluna bilər.
İ.Y. Hüseynova (Thu,) studied this question.