«Ehtiyaclar iyerarxiyasında və fiziki tərbiyənin yaranması haqqında əsas nəzəriyyələrdə təkmübarizliyin inkişaf xüsusiyyətləri» adlı məqalədə insan cəmiyyətinin ayrıayrı tarixi mərhələlərində müxtəlif təkmübarizlik növlərinin inkişaf məsələləri öz əksini tapmışdır. Fiziki tərbiyənin yaranması haqqında əsas nəzəriyyələrə və təkmübarizliyin inkişaf xüsusiyyətlərinə ehtiyaclar piramidası nöqteyi-nəzərilə baxılmışdır. Qeyd edilmişdir ki, təkmübarizliklər (döyüşsənətləri) bütün dünyada müəyyən qanunauyğunluqlar əsasında inkişaf edir. Müxtəlif ölkələrdə özünəxas üslub və istiqamətlər formalaşmışdır, lakin təkmübarizliyin bir çox növ və sistemlərində qayda və milli ənənələrin həddindən artıq çox olması gerçək təkbətək döyüşdə texniki-taktiki arsenalın tətbiqinin effektivliyinə mənfi təsir göstərir. Beləliklə, ənənəvi məktəb nümayəndələrinin qaydalara bağlılığı, yarışlarda texniki-taktiki potensialın reallaşmasına mənfi təsir göstərir.
R. A. Əkbərov (Wed,) studied this question.