Tədqiqatın məqsədi uşaqlarda qısa seqmentli Hirşprunq xəstəliyinin (HX) minimal invaziv cərrahi müalicə üsulları olan transanal endorektal endirilmə (TERPT) və laparoskopik dəstəklə transanal endorektal endirilmə (L-TERPT) əməliyyatlarından sonra funksional nəticələrin müqayisəli şəkildə qiymətləndirilməsidir. Retrospektiv tədqiqat işinə 2014-2025-ci illərdə Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası Uşaq cərrahiyyəsi şöbəsində “Qısa seqmentli Hirşprunq xəstəliyi” diaqnozu ilə minimal invaziv cərrahi müdaxilə aparılmış 72 xəstə daxil edilmişdir. 30 xəstədə TERPT, 42 xəstədə isə L-TERPT əməliyyatı icra olunmuşdur. Funksional nəticələr 36 ay median izləmə müddəti (IQR 18–60 ay) ərzində Rintala bağırsaq funksiyası şkalası (Rintala Bowel Function Score, BFS), defekasiya tezliyi (BMF), həmçinin Krikkenbek təsnifatına əsasən qəbizlik və nəcis inkontinensiyasının ağırlıq dərəcəsi üzrə qiymətləndirilmişdir. Həmçinin Hirşprunq xəstəliyinə bağlı əməliyyatdan sonrakı enterokolitin (HAEC) rast gəlmə tezliyi və yaranma səbəbləri müqayisəli şəkildə təhlil edilmişdir.Hər iki qrupda xəstələrin əksəriyyətində bağırsaq funksiyası yaxşı və ya normal səviyyədə müşahidə edilmişdir. TERPT və L-TERPT qrupları arasında BFS, BMF, nəcis saxlamazlığı və postoperativ HAEC baxımından statistik olaraq əhəmiyyətli fərq müşahidə edilməmişdir (p > 0,05), lakin postoperativ qəbizlik L-TERPT qrupunda statistik olaraq daha az olmuşdur (p = 0,032). Postoperativ ağırlaşmalar nadir hallarda müşahidə olunmuş və daha çox xəstəyə aid fərdi xüsusiyyətlər və perioperativ amillərlə əlaqəli olmuşdur, cərrahi texnikadan isə asılılığı az olmuşdur. Həm TERPT, həm də L-TERPT qısa seqmentli Hirşprunq xəstəliyinin müalicəsində təhlükəsiz, effektiv və etibarlı minimal invaziv cərrahi üsullar olub, uzunmüddətli funksional nəticələr baxımından bir-biri ilə müqayisəolunan nəticələr göstərmişdir.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
R.Ş. Poluxov
Azerbaijan Medical University
Azerbaijan Medical University
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
R.Ş. Poluxov (Tue,) studied this question.
synapsesocial.com/papers/69d893626c1944d70ce0460a — DOI: https://doi.org/10.28942/atuj.v6i1y20026.141