Tədqiqat zamanı idmançıların funksional vəziyyətini və fiziki hazırlığını qiymətləndirmək üçün müxtəlif metodlardan (biokimyəvi, fizioloji, laboratoriya şəraitində sınaq üsulu) istifadə edilmişdir. Məlum olub ki, idmançıların funksional vəziyyətinə nəzarət etmək üçün ən informativ, əlçatan və obyektiv metod kimi ürək ritminin analizi metodundan istifadə etmək daha məqsədəuyğundur. Müəyyən edilmişdir ki, idman oyun növlərində ortostatik sınaq zamanı idmançıların fiziki iş qabiliyyətinin artması və yarış fəaliyyətinin effektivliyinin yüksəlməsi avtonom tənzimləmənin güclənməsinə, ümumi spektrin gücünün artmasına, VSS-nin simpatik şöbəsinin mülayim dərəcədə aktivləşməsi ilə əlaqədardır. İş qabiliyyətində yüksəlmə və yarış fəaliyyətinin effektivliyinin azalması funksional testlər zamanı VSS-nin simpatik şöbəsinin fəaliyyətinin azalması ilə qarşılıqlı əlaqədardır və bu azalma spektrin bütün komponentlərində istirahət dövründə müşahidə müşahidə olunur.
Q.M. Cəfərov (Fri,) studied this question.