Sərbəst radikal oksidləşməsi prosesləri vacib bir dezadaptasiya faktoru hesab olunur. Bu proseslər yorulmanın artmasına və fiziki işgüzarlığın aşağı düşməsinə səbəb olur. Lakin müntəzəm məşqlərin nəticəsində orqanizmin fiziki yüklərə adaptasiyası da baş verir və orqanizmin antioksidant sisteminin müdafiəsinin nəticəsində oksigenin aktiv formalarının toksiki təsirinin qarşısı alınır. Bizim tədqiqatlarda skelet əzələlərində və digər orqanlarda antioksidant elementlərin sistematik fiziki hərəkətlərlə bağlı ümumi oksidant birləşmələrinin ferment adaptasiya proseslərində iştirak etməsinin təsdiqini görürük.Tiol antioksidant göstəriciləri toxumalara spesifik adaptiv dəyişikliklərinə məruz qalırlar. Bu dəyişikliklər energetik metabolizminin xüsusiyyətlərinə çox həsasdırlar və intensiv fiziki hərəkətlər zamanı artan oksidativ stressin dağıdıcı təsirinin qarşısını alan sistemlərin müdafiəsini asanlaşdırırlar.
G.M. Behbudova (Wed,) studied this question.