Bu məqalədə yeniyetmə məktəblilərin mənəvi - iradi keyfiyyətlərinin formalaşmasında atletikanın əhəmiyyəti geniş şəkildə araşdırılmışdır. Müasir dövrdə təhsilin əsas vəzifələrindən biri şagirdlərin şəxsiyyət kimi formalaşmasına, onların mənəvi və psixoloji keyfiyyətlərinin inkişafına nail olmaqdır. Atletika, insanın təbii hərəkətlərinə əsaslanan bir idman növü kimi, məktəblilərdə dözümlülük, iradə, məsuliyyət, özünə inam və məqsədyönlülük kimi xüsusiyyətlərin inkişafına şərait yaradır. Məqalədə həm azərbaycanlı, həm də rus müəlliflərinin elmi tədqiqatlarına istinad edilməklə, bu idman növünün pedaqoji, psixoloji və sosial aspektləri təhlil olunur. Nəticələr göstərir ki, atletika dərsləri şagirdlərin fiziki inkişafı ilə yanaşı, onların mənəvi və sosial yetkinliyinə də mühüm təsir göstərir.
C.X. Cəfərov (Thu,) studied this question.